Körpələrdə adi oftalmoloq müayinəsi autizmi erkən diaqnoz etməyə kömək edə biər.
"Medicina" xəbər verir ki, bu nəticəyə Vaşinqton universitetinin alimləri gəlib.
Alimlər bildirir ki, uşaq gölzəri qiymətli diaqnostik instrumentdir, autizm olan uşaqda gözlər gur işığa çox gec reaksiya verir
Belə ki, autizmli körpədə göz bəbəyinə yığılmaq üçün daha çox vaxt lazım olur, nəinki sağlam uşaqda.
Bu testi isə istənilən göz həkimi asanlıqla apara bilər.
ALimlər ümid edir ki, bu kəşf autizmi daha erkən aşkar etməyə kömək edəcək.
Hazırda autizmin diaqnozu çox vaxt aparır, mütəxəssislər çətinlik çəkir.
Göz bəbəklərinin işığa gec reaksiya verməsi onu göstərir ki, beyin tam gücü ilə işləmir.
Nə qədər tez bu testi etsəniz, bir o qədər tez vəziyyətə müdaxilə edə bilərsiz.
Aygün Musayeva