Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Göz rənginin dəyişdirilməsi əməliyyatı qadağan dilməlidir, insanlar kor olur - Oftalmoloqdan xəbərdarlıq

  • 2024.08.23 17:28
  • 1363 Baxış
Göz rənginin dəyişdirilməsi əməliyyatı qadağan dilməlidir, insanlar kor olur -  Oftalmoloqdan xəbərdarlıq
Son zamanlar insanlar arasında göz rəgini dəyişdirmək üçün keratopiqmentasiya əməliyyatı dəb halını alıb. Bildirilir ki, əvvəllər bu prosedur infeksiya və anadangəlmə xəstəliklərin nəticələrini aradan qaldırmaq üçün istifadə olunurdu. İndi isə bu əməliyyat gözəllik dəbinə çevrilib.

Göz rəngini dəyişdirmək üçün keçirilən keratopiqmentasiya əməliyyatının gələcəkdə gözə hansısa zərəri ola bilərmi?




Bakupost.az -ın sualını oftalmoloq Paşa Qəlbinur cavablandırıb.

O, bu əməliyyatı keçirən şəxslərin gələcəkdə kor ola biləcəyini deyib:


“Gözün rənginin dəyişdirilməsinin bir neçə üsulu var. Onun tövsiyə olunan üsulu rəngli kontakt linzalar geyinməkdir. Bunun da az da olsa gözə zərəri olur. Ancaq əməliyyat vasitəsilə gözün rənginin dəyişdirilməsi cinayətdir. Dünyanın bütün inkişaf etmiş ölkələrində bu əməliyyat qadağan olunub. Yalnız Kolumbiya kimi ölkələrdə bu qadağa yoxdur”.


P.Qəlbinur göz rənginin dəyişdirilməsi əməliyyatının Azərbaycanda da qadağan olunmasını vacib sayhır:


“Çünki bu əməliyyat nəticəsində müxtəlif göz xəstəlikləri inkişaf edir. Bir neçə ildən sonra bu əməliyyatı keçirən şəxslər görmə qabiliyyətini itirirlər. Bəzən lap görmə qabiliyyətini ən qısa vaxtda belə itirirlər”.


Professor deyib ki, gözə döymə vurulması da ziyandır:


“Göz ən həssas yerdir. Görmə orqanı ətraf mühit haqqında bütün duyğu üzvlərindən 90 faiz çox informasiya verir. Ona görə mən də daxil olmaqla dünyanın tanınmış oftalmoloqları bunun əleyhinədir”.