Gözlərimiz bədənimizin ən həssas və mürəkkəb orqanlarından biridir.
Medicina.az xəbər verir ki, göz qapaqlarındakı kiçik dəliklər əslində çox əhəmiyyətli bir funksiyaya malikdir.
Bu deşiklər "gözyaşardıcı kanallar" və ya "punkta" adlanır. Göz yaşının axmasına imkan verir.
Gözlərimiz göz yaşları ilə nəmlənir. Göz yaşları aşağı və yuxarı göz qapaqlarının daxili künclərində yerləşən bu kiçik dəliklər vasitəsilə burun boşluğuna ötürülür.
Ona görə də ağlayanda burnumuz axır. Bundan əlavə, gözləri sağlam saxlamağa və infeksiyadan qorunmağa kömək edir.
Bu kanallar bağlanarsa, gözlərdə sulanma və infeksiya kimi problemlər yarana bilər.
Aygün
Medicina.az