Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Göyöskürəyin 5 erkən əlaməti – Necə başlayır?

  • 2024.01.22 17:02
  • 1453 Baxış
Göyöskürəyin 5 erkən əlaməti  – Necə başlayır?

Hazırda yayılan xəstəliklərdən biri də göyöskürəkdir.
Həm qripə, həm zökəmə bənzəyir, öskürəyi xəstəni yorur.


“Medicina” göyöskürəyin ilkin və əsas simptomlarını təqdim edir.

Xəstəliyin ilk günlərində yüngül öskürək yaranır, getdikcə artır, intensivləşir və sonjra qızdırma qalxır.
Qızdırma 39 dərəcəyə çata bilər.

Güclü öskürək tutmaları zamanı qısamüddətli tənəffüsün dayanası ola bilər.
2 həftə sonra üzücü, ağır və tutma şəkilli öskürək olur.

Öskürək gecələr də davam edib, yuxunu poza bilər.

Bəzən uşaqlarda öskürək zamanı və ya sonra öyümə, qusma ola bilər.

Ağır halda sutkada 20 -30 dəfə öskürək tutması olur ki, bu zaman qıcolma belə baş verir.
Belə hal xəstəni çox yorur, üzür, bəzən müalicə nəticə vermir.

Ağır halda göyöskürək pnevmoniya, astmatik tutma, qıcolma, ensefalopatiya, boğazda qanaxma yarada bilər.

Bu halda xəstə stasionara yatırılmalı, intensiv terapiya aparılmalıdır.

Aygün Musayeva