Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Göygöldə hamilə qadın doğuş zamanı öldü - FOTO

  • 2025.02.26 09:28
  • 1079 Baxış
Göygöldə hamilə qadın doğuş zamanı öldü -  FOTO

Göygöldə hamilə qadın və onun bətnindəki uşaq doğuş zamanı xəstəxanada ölüb.

Medicina.az "Unikal"a istinadən xəbər verir ki, rayonun Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü Cəbrayılova Nuranə Əlibaba qızı 9 aylıq hamiləliklə Göygöl rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin, qadın və onun bətnindəki qız uşağı bir neçə dəqiqədən sonra xəstəxanada ölüb.

Yaxınlarının verdiyi məlumata görə, N.Cəbrayılova rayon mərkəzi xəstəxanasına hamiləlik dövründə daimi müayinələrdən keçib, onun heç bir problemi olmayıb.

Faktla bağlı araşdrıma aparılır. Qeyd edək ki, dünyasını dəyişən N.Cəbrayılova Kəlbəcər rayon sakinidir.