Göygöldə əqrəb sancan müəllim ölüb

  • 2024.10.07 10:48
  • 218 Baxış
Göygöldə əqrəb sancan  müəllim ölüb
Göygöl sakinini əqrəb sancıb.

Medicina.az xəbər verir ki, rayonun Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədov sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən onu əqrəb sancıb.

İki gün sonra halı pisləşən Adil Məmmədov xəstəxanaya aparılıb, müalicəsi 1 ay davam etdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnindən dərs deyirmiş.