Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Göyərmiş dodaqlar hansı təhlükədən xəbər verir?- Müayinə, müalicə

  • 2019.07.11 19:02
  • 18044 Baxış
Göyərmiş dodaqlar hansı təhlükədən xəbər verir?-  Müayinə, müalicə
Əgər siz hər hansı rəngli qida, şirniyyat yeməmisizsə, hər hansı xarici təsir olmadan dodaqlarınızın rəngi qaçıb, göyərirsə, deməli, səhhətinizlə bağlı narahatlığa əsas var.


Medicina.az göyərmiş dodaqların  hansı səbəblərdən ola biləcəyini təqdim edir.


1.Ən axı adi, zərərsiz variant – orqanizm temperaturunun kəskin azalması, soyuq


2.SİANOZ – dərinin hər hansı səthinin göy, tünd rəng almasıdır. Nəyə görə dəri rəngini dəyişir. Dəriyə yaxın səthdə xırda kapilyarlar sıx yerləşib. Damarlar dolanda və genişlənəndə onlar göyərir, bir də qan dövranı zəifləyəndə, damarlar sıxılanda göyərir. Oksigen çatışmazlığından dəri əvvəlcə avazıyır, ağarır, sonra göyərir. Eləcə də qanda qatılaşma olduqda da bu baş verir.


3.Qanın öz rəngi  - körpə uşaqların dərisi xoş çəhrayı rəngdə olur, bu sağlamlıq əlamətidir. Amma yaş keçdikcə fiziki yük, stress, xəstəliklər dərinin rəngini dəyişir. Dərinin çəhrayı rəngdə olaması onun zəngin oksingenlə yaxşı təchiz olunmasını göstərir. Amma qanında karbon qazı olanlarda dəri göyümtül rəng alır. 


Bir insanda periferik çianoz varsa, onun ayaqları, barmaqları göyərmiş kimi və soyuq olur. Bu zaman qan dövranı pozğunluğu xəstəlikləri – Reyno sindromu, tromboz, varikoz, diabetik angiopatoya, aterosklerozdan şübhələnirlər. 

Qanı qatılaşan insanlarda da periferik sirroz olur. 


-Ürək-damar patologiyaları – ürək ritminin pozulması, azlaması, ürək əzələsinin gec yığılıb açılmasında, klapan stenozunda, ürək çatışmazlığında da dodaqlar göyərir.

 

Sizdə sianoz olub-olmamasını bu testlə öyrənə bilərsiz. Qulağın uclarını bərk sıxıb saxlayın və bir neçə saniyə sonra buraxın. Əgər qulaq ucu göyərib tez itirsə bu periferik sianozdur, yox  göyərmə gec itirsə, bu mərkəzi sianozdur. 


-Hemoqlobin azlığı -  Dəmir tərkibli hemoqlobin – Qanda oksidləşmiş hemoqlobin az olduqda qan bir o qədər göyərmə verir. 

Eləcə də hemoqlobinin karbon qazı ilə birləşməsi də təhlükəlidir, o da dodaqlara göyərmə yaradır. Bir sözlə, xüsusən uşaq və gənclərdə göyərmiş dodaqlar gördükdə, hemoqlobin və dəmir defisiti yoxlanmalıdır.


-Dağ xəstəliyi – Dəniz səviyyəsindən hündür yerlərə çıxdıqda, dağlıq ərazi, dağ rayonları və s. havada oksigenin təzyiqi azalır, nəticədə qanda oksigen də düşür. Yüngül dağ xəstəliyində başgicəllənmə, ürək bulanma, təngnəfəslik, üzün şişkinliyi, taxikardiya ola bilir. Eləcə də dodaqlar göyərir


-Ağciyərlərin xəstəlikləri – tənəffüs orqanları toxumasında hər hansı pozulma qazların mübadiləsini pozur və hipoksemiya yaradır. Bu xəstəliklər zamanı da dodaqlar göyərmiş ola bilir


-Astma bronxit – nəfəs yollarının daralması nəticəsində oksigen çatışmazlığı olur. Bu adamların da dodağının rəngi qaçır.


-Pnevmoniya və ağciyərlərə maye dolması – ağciyərlərin iltihabı zamanı ora qida qalığı, mədə şirəsi, ağız suyu düşür. Ağciyərlər oksigeni çatdıra bilmir. Öskürək, ağrı, hərarət, xoşagəlməz qoxu, eləcə də ağız ətrafının göyərməsi simptomları olur.


Ağız ətrafı və dodaqların göyərməsi ümumiyyətlə səhhətdə problemlərdən xəbər verir, bu siqnalı görməzdən gəlməyin.

Həm uşaqlarda, həm böyüklərdə qan, ürək, ağciyər xəstəlikləri istisna edilməlidir. Əgər hər hansı müvəqqəti təsir yoxdursa, dodaqlarda göyərmə həftələrdir keçmirsə, terapevtdə müayinədən başlayın.

 

 


Göyərmiş dodaqlar hansı təhlükədən xəbər verir?-  Müayinə, müalicə