Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Göyçayda bir ailə şirniyyatdan zəhərləndi

  • 2020.05.18 15:54
  • 1795 Baxış
Göyçayda bir ailə şirniyyatdan zəhərləndi



Göyçayda zəhərlənmə hadisəsi baş verib.


Medicina.az-ın məlumatına görə, 1-ci Ərəbcəbirli kəndində kənd sakini Əli Baxışov polisə müraciət edərək bildirib ki, anası Z. Baxışova marketdən şirniyyat alıb. Həmin şirniyyatı qəbul edən ailə üzvləri, Ə. Baxışovun həyat soldaşı S. Baxışova, 4 yaşlı qızı Z. Baxışova və 2 yaşlı oğlu Q. Baxışov zəhərləniblər.

Xəstəxanaya müraciət edən xəstələrə ilkin-tibbi yardım göstərilib və məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.