Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Görmənin qəfil pisləşməsi bu dəhşətli xəstəliyin əlaməti ola bilər

  • 2022.06.23 15:19
  • 1642 Baxış
Görmənin qəfil pisləşməsi bu dəhşətli xəstəliyin    əlaməti ola bilər


Görmənin qəfildən, kəskin zəifləməsi dağınıq skleroz xəstəliyinin əlaməti ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə nevroloq, neyrocərrah Rüstem Qayfutdinov bildirib.

Bu xəstəlik çox ağır gedişata malikdir. Zamanla pasiyentdə daha qabarıq əlamətlər görülür: nevroloji problemlər, əl-ayaqda zəiflik, autoimmun xəstəlik, görmənin tam itməsi.

Xəstədə birdən birə görmə itiliyi azalır, kəskin düşür. Əgər dünən ətrafda hər şeyi normal görürdüsə, sabahı pis görür və ya tam korluq başlayır. Bu zaman oftalmoloqla yanaşı nevroloqa da getmək lazımdır. Vaxtında bu əlamətə diqqət yetirdikdə, diaqnoz da tez qoyulur.


Aygün Musayeva
BakuPost