Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Görmə qabiliyyətini artıran qidalar

  • 2023.04.18 20:33
  • 3396 Baxış
Görmə qabiliyyətini  artıran qidalar
Görmə qabiliyyətinin pisləşməsi və ya zəifləməsi bir çox səbəbdən baş verə bilər.

Zəifləmənin qarşısını almaq, səbələri ortadan qaldırmaq üçün önləyici tədbirlər görmək mümkündür.

“Medicina” xəbər verir ki, bəzi qida məhsulları ilə görmə qabiliyyətinin zəifləməsi, yaxud da pisləşməsinin qarşısını almaq olar.

Həkim – oftolmoloq Valentina Merkulivanın sözlərinə görə, bu məhsullar ilk növbədə narıncı rəngli tərəvəz və meyvələrə ayrılır.

Ekspertin fikrincə, görmə qabiliyyətini qorumaq və yaxşılaşdırmaq üçün tərkibində vitaminlər, karotenoidlər, mikroelementlər və yağ turşuları olan qidaları daha çox yemək lazımdır.

Gözlər üçün faydalıdır: balıq, ət, yumurta, qoz-fındıq, paxlalı bitkilər, sitrus meyvələri, göyərti, portağal tərəvəz və meyvələr, zeytun, zeytun yağı və süd məhsullarıdır.

Bundan əlavə, ispanaq, brokkoli, cəfəri, noxud, balqabaq və püstə kimi yaşıl yarpaqlı tərəvəzlər yemək önəmlidir.

Yağ turşuları mütləq yağlı dəniz balığı, balıq yağı, dəniz məhsulları, kətan toxumu və çiadan alınmalıdır. Onlar həmçinin bitki yağlarında - kətan, xardal, çətənə, kolza, həmçinin ispanaq və dəniz yosunlarında olur.

Aygün Musayeva