Goranboy rayonunda 12 yaşlı uşaq yaşadığı evdə ölüb.
"Qafqazinfo" xəbər verir ki, Aşağı Ağcakənd kəndində 2010-cu il təvəllüdlü Mustafayev Taleh Mustafa oğlu vəfat edib.
Orta məktəbin 6-cı sinif şagirdi olan 12 yaşlı Talehin hansı səbəbdən vəfat etməsi məlum deyil.
Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.