Goranboyda 20 yaşlı qız göbələkdən zəhərlənib.
Medicina.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Erkəc kəndində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü kənd sakini Hasanaliyeva Səma Akif qızı göbələkdən hazırlanmış qidanı yedikdən sonra ağır durumda xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsi nəticəsində qızın həyatını qurtarmaq mümkün olub.