Sabahdan etibarədən Azərbaycandakı daha bir tanınmış xəstəxananın xəstə qəbulu məhdudulaşdırlır.
Bu barədə "BakuPost"a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
Məlumatda qeyd edilir ki, sabahdan hospital karantinlə əlaqədar müvəqqəti olaraq xəstələrin qəbulu dayandırır. Xəstəxanada koronavirus daşıyıcılarının qəbulu nəzərdə tutulur.
Hazırkı dövrədək ölkəmizdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.