Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gömrük Hospitalı bağlanır: Orqan köçürülməsi dayanırmı? - Mircəlal Kazımidən açıqlama

  • 2020.06.10 19:01
  • 2310 Baxış
Gömrük Hospitalı bağlanır:  Orqan köçürülməsi dayanırmı?  -  Mircəlal Kazımidən açıqlama


Bu gündən Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu dayandıraraq, pandemiya xəstəxanasına çevrilir. Hospitalın nə vaxta qədər karantin xəstəxanası kimi fəaliyyət göstərəcəyi isə məlum deyil.

Bu hospitalda Azərbaycan tibbinin ən vacib qollarından biri olan Transplantologiya şöbəsi fəaliyyət göstərirdi.

Bəs bundan sonra təcili orqan köçürülməsinə ehtiyacı olan xəstələrin aqibəti necə olacaq?

Transplantologiya şöbəsinin rəhbəri, cərrah transplantoloq Mircəlal Kazımi Medicina.az-a bildirdi ki, hazırda transplantologiya şöbəsi və komandasının başqa klinikaya köçürülməsi barədə müzakirələr gedir:

“Orqan transplantologiyası dövlət üçün paritet məsələlərdən biridir. Bu əməliyyatları tam saxlamaq olmaz. Pandemiya ilə bağlı son aylar biz onsuz da yalnız təcili hallarda əməliyyatlar edirdik. Bu, bütün dünyada belədir.

Ölkəmizin koronavirusla mübarizəsinə Gömrük Hospitalının qoşulması gözlənilən idi. İndi əsas problem koronavirusdur. Amma düşünmürəm ki, orqan köçürülməsinə ehtiyacı olan xəstələr ciddi problem yaşayacaq. Biz yaxın 1 həftədə fəaliyyət göstərəcəyimiz klinikanı açıqlayacağıq”.

M.Kazımi hazırda hospitalda əməliyyat olunmuş xəstənin qalmadığını, hamısının ambulator müşahidəyə göndərildiyini də bildirdi.