Orqanizmdəki əlamətlər müxtəlif xəstəliklərdən xəbər verə bilər. Məsələn, göbəyimizin ətrafını və özünü basdıqda ağrı varsa, bu ciddi təhlükəni göstərə bilər.
“Medicina” xəbər verir ki, onkoloq Yelena Smirnovanın sözlərinə görə, belə ağrı kiçik bağırsaqda divertikulların və ya özünəməxsus ciblərin əmələ gəlməsini göstərə bilər.
“Qida mədə-bağırsaq traktından keçdikdə, bu “cibə” daxil olur və orada çürüməyə başlaya bilər. Nəticədə göbək zonasına basarkən, xarakterik bir ağrı hiss edirik.
Həmçinin fəsadlarla qanaxma, bağırsaq və damarda tıxanma və neoplazmalar baş verə bilər.
Ağır hallarda, yalnız cərrahiyyə kömək edə bilər. “Cib” kəsilir və zədələnmiş bağırsaq daha sonra tikilir. Ancaq vəziyyət iltihabla mürəkkəbləşməsə belə, xəstə histoloji müayinəyə göndərilməlidir”.
Günay Quluzadə