Hər gün 100-150 qram göbələk yemək D vitamini normasını ödəyir.
"Medicina" xəbər verir ki, yeni elmi araşdırma bunu sübut edib.
Həkim diyetoloq İqor Strokov qışda menyuda göbələyin vacibliyini vurğulayıb.
"Yumurta sarısı və yağlı balıqdan da güclü göbələkdir.
Yayda biz günəş işığı ilə müəyyən qədər D vitamini alırıq. Qışda isə biz 100% qidalardan almalıyıq.
Bahalı balıqlara imkanı olmayanlar gündə 2 yumurta sarısı və 100 qram göbələk yeməklə bu tələbatı ödəyə bilər.
Qışda yorğunluq, sümüklərdə ağrı, depressiya baş verdisə, deməli D vitamini azdır.
Gündəlik norma 400-500 Vahiddir. 100 qram göbələk bu normanı ödəyir. Təbii ki, bu göbələyin keyfiyyətindən də asılıdır".
Aygün Musayeva