Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Göbələkdən zəhərlənmənin əlamətləri

  • 2021.10.20 12:19
  • 5381 Baxış
Göbələkdən zəhərlənmənin  əlamətləri
Meşə göbələyindən düzgün istifadə olunmadıqda zəhərlənməyə, hətta ölümə səbəb ola bilər.

Bu gün Qaxda bir ailənin göbələkdən zəhərlənməsi və uşaqların ölümü bu təhlükənin nə dərəcədə ciddi olduğunu qabartdı.

Göbələk zəhərlənməsi xüsusilə yağışların bol olduğu dövrlərdə baş verir. Təbii mühitdə yetişən göbələklər arasında zəhərli olanlarına daha çox rast gəlmək olar. Zəhərli olan və olmayan göbələklərin görünüşündəki fərqlər isə ayırdedici xüsusiyyətə malik deyil. Bu səbəbdən də məlumatsız şəkildə yeyilən göbələyin zəhərlənməyə səbəb ola biləcəyi unudulmamalıdır.

Medicina.az göbələkdən zəhərlənmənin əlamətlərini təqdim edir.

Zəhərlənmə əlamətləri göbələyin tərkibində olan zəhərin xüsusiyyətlərindən asılı olaraq fərqli ola bilər. Əlamətlər bəzi göbələk növlərinin yeyilməsindən 2 saat sonra, bəzi növlərdə isə 6 saat sonra ortaya çıxır

Bu zaman:

- qarında ağrılar;
- insan yatır,
- təzyiq aşağı düşür
- gözdə toranlaşma;
- üz və boyunda qızarma;
- taxikardiya;
- ağızda metal dadı;
- tərləmə;
- ürəkbulanma;
- qusma.