Türkiyənin Ərzurum şəhərində 3 ailədən 12 nəfər yedikləri göbələkdən zəhərlənib.
Medicina.az xəbər verir ki, onlar dərhal xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər.
Məlumata görə, hadisə Yakutiye rayonunun Şükrüpaşa səmtində meydana gəlib. Belə ki, küçə satıcısından aldıqları göbələkləri yeyən 3 ailənin üzvlərinin halı gecə yarısı pisləşib. Onlardan 9-u qadın, 3-ü kişidir.
Atatürk Universiteti Təcili Tibb Fakültəsinin doktoru Mövlana Gül son zamanlar göbələk zəhərlənməsi ilə tez-tez qarşılaşdıqlarını bildirib.
Aysel