Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gömrük hospitalının həkim cərrahı həbs olundu – Dərman cinayəti

  • 2018.05.22 16:34
  • 13373 Baxış
Gömrük hospitalının həkim cərrahı həbs olundu –  Dərman cinayəti
Bakı Ağır cinayətlər üzrə məhkəmədə İran vətəndaşları Cahani Hamid Mohammadi və Qəhrəmani Hafiz Həbibinin işi üzrə proses başladı.


Medicina.az report.az-a istinadən xəbər verir ki, onların hər ikisi ölkəyə dərman və kosmetik preparatların qanunsuz olaraq gətirilib, satışı ilə məşğul olduqlarına görə saxlanılıb.


Məhkəmənin qərarı ilə iranlı həkim məhkəmə zalındaca həbs olunub. 


Xatırladaq ki, Cahani Mohammad uzun müddətdir Bakıda yaşayır və Gömrük xəstəxanasında həkim cərrah kimi çalışırdı. Onun evindən axtarış zamanı çoxlu sayda qeydiyyatdan keçməmiş dərman və kosmetik preparatlar aşkarlanıb götürülmüşdü.