Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ÜST Kovidin yeni ştammını elan etdi – Böyük yoluxma dalğası ola bilər

  • 2023.08.10 17:06
  • 2594 Baxış
ÜST Kovidin yeni ştammını elan etdi  –  Böyük yoluxma dalğası ola bilər
ÜST mütəxəssisləri böyük təşvişlə koronavirusun yeni ERİS ştammının təhlükəsi barədə məlumat yayıb.


“Medicina” xəbər verir ki, ÜST dünya miqyasında COVID-19 hadisələrinin sayı artdıqca, Eris ştammını yeni variant kimi elan edib.

Omicronun alt variantı ilə əlaqəli olan EG.5 ştammının sağlamlıq riski hazırda qiymətləndirilir, lakin bu ştamm böyük infeksiya dalğasına səbəb ola bilər.

Onun təsiri altına düşən ölkələr arasında Böyük Britaniya, Çin və ABŞ var, getdikcə xəstəlik bütün dünyada genişlənməkdədir.

Bununla belə, ÜST bu variantın indiyədək çox da təhlükə yaratmadığını irəli sürüb.

“Mövcud sübutlara əsasən, EG.5-in yaratdığı ictimai sağlamlıq riski qlobal miqyasda aşağı səviyyədə qiymətləndirilir. EG.5-in yayılması və böyümə üstünlüyünə baxmayaraq, bu günə qədər xəstəliyin şiddətində heç bir dəyişiklik aşkarlanmayıb”.

London Universitet Kollecinin professoru Christina Pagel, Bu variantın, bunun daha ağır bir xəstəliyə səbəb olduğuna dair bir dəlil olmadığını vurğulayır. Onun sözlərinə görə, bu virus yalniz xəstəxanaya yerləşdirmə sayının artmasına və ya uzun müddət davam edən Covıdə səbəb ola bilər. Ancaq bu ştammın yayılacağı təqdirdə belə, əvvəlki dalğalardan daha pis olacağını düşünmək üçün heç bir səbəb yoxdur.

Mütəxəssislər qeyd edib ki, hələ də peyvəndlərin qəbulu arzuolunandır çünki peyvənd Covid-19 dalğalarına qarşı ən yaxşı müdafiəmiz olaraq qalır.

Aygün


ÜST Kovidin yeni ştammını elan etdi  –  Böyük yoluxma dalğası ola bilər