Əgər pnevmoniya ilk başda aşkar edilərsə, düzgün müalicə ilə qısa müddətə ram edilə bilər.
Hazırda koronavirus pandemiyası vəziyyətində yaşadığınız üçün, ağciyərlərlə bağlı istənilən kiçik simptoma diqqətli olmağınız lazımdır.
- Bədən hərarətinin qalxıb enməsi – Əgər 5 gün və daha artıq 37 dərəcədən yuxarı hərarət varsa, deməli, orqanizmdə güclü iltihabi proses var. Özünü müalicə ilə vaxt itirməyin
- Güclü əzginlik, yorulma, daima yatmaq istəyi – pnevmoniyanın ağırlığındandır. Son günlər bədənin soyuması, soyuq, buzlu nəsə qəbul etmək pnevmoniya yaradır
- Çox güclü öskürək, “it hürməsinə” bənzər səs. Bu zaman çay, siroplarla öskürəyi sakitləşdirməklə vaxt itirməyin.
- Təngnəfəslik, tənəffüsün ağırlaşması, tezləşməsi, kəsilməsi hissi. Xəstə daha tez-tez nəfəs alıb verir, sanki nəfəsdən doymur. Bu zaman ağciyərləri və kürəyi ağrıyır
- Ürək nəbzinin artması, sürətlənməsi, ürəkdə bir çox simptomlar da pnevmoniyanın əlamətləridir