Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gizli gedən mədə xorası simptomları

  • 2023.05.05 18:08
  • 2219 Baxış
Gizli gedən mədə xorası simptomları
Mədə xorasının bir neçə qeyri-aşkar əlamətləri var. Xoranın əsas simptomlarına qarının yuxarı hissəsində lokallaşdırılmış ağrılar, bulantı, mədə qıcqırması, mədədə ağırlıq hissi xarakterikdir.

“Medicina” xəbər verir ki, cərrah Aleksandr Rudnevin sözlərinə görə, mədə xorasının aşkar olmayan simptomu, sol çiyin bıçağına, eləcə də ürək bölgəsinə yayılan ağrıdır ki, bu da xəstəni çaşdıra və diaqnoz baxımından yanlış yola yönəldə bilər.

“Xəstə səhvən ürəyində və ya nevroloji problemlərin olduğuna inanır.

Müalicə olmadıqda, mədə xorası qanaxma, mədə divarının peritonitin inkişafı ilə qarın boşluğuna perforasiyası, həmçinin bədxassəli şişə çevrilməsi ilə yekunlaşa bilər.

Mədə xoralarının yaranmasına səbəblər bunlardır: stressli vəziyyətlər, yemək və yuxu pozğunluqları, genetik meyl, tütün çəkmə.

Bir çox hallarda xora xəstəliyi yaz və payız aylarında kəskinləşir. Kəskinləşməyə bəzi amillər təkan verə bilər: bir gün əvvəl duzlu, acı, qızarmış, çox yağlı qidaların qəbulu, havanın kəskin dəyişilməsi, stress, güclü emosiyalar (hətta yaxşı emosialar) və s.

Bəzi dərmanların (prednizalon və onun analoqları,\aspirin və s.) uzun müddət qəbulu ağrıların əmələ gəlməsinə təkan verə bilər.

Çox nadir hallarda olsa da xora xəstəliyi simptomsuz da keçə bilər”.

Xora xəstəliyi mütləq müalicə olunmalıdır. Əks halda xəstəlik çox ciddi ağırlaşmalar verə bilər: xora yerində mədənin divarı deşilə bilər, qanaxma inkişaf edə bilər.Ən təhlükəli ağrılaşma isə xərçəng xəstəliyidir.

Aygün Musayeva