Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gizli aqressiya insanın xoşbəxtlik hissini əlindən alır - Psixoloqdan tövsiyələr

  • 2022.04.29 15:03
  • 2579 Baxış
Gizli aqressiya insanın xoşbəxtlik hissini əlindən alır   - Psixoloqdan tövsiyələr

"Cəmiyyətdəki aqressiya hər bir insanın ötürdüyü mənfí dalğaların frekansidir. Ümumilikdə insanlar öz həyatları ilə deyil də, digərlərinin həyatları ilə məşğul olduqları zaman enerji boşluğuna düşürlər və onların enerji mübadiləsi toqquşması yaranır və bu toqquşma əsnasında mənfi və müsbət enerjilər bir-birinə qarışır".

Medicina.az xəbər verir ki, bu sözləri psixoloq, life coach, enerqoloq Gülnar Məmmədova deyib. O müsahibəsində bcəmiyyətdə psixoloji gərginliyin azadılmasının yollarını göstərib.

"Bu qarışıq enerjilərin sayəsində insanların özünün də dərk etmədən həyatlarında hər şeyin normal olduğu halda belə onlarda aqressiya yaradır və bu aqressiyanın onlar üçün əsas səbəbləri təməl ehtiyaclarını görə bilmədiklərindən irəli gəlir. Yəni təməl ehtiyac dedikdə, ehtiyac iki cür olur: Açıq və Gizli ehtiyac.

Açıq ehtiyac-insanların fiziki ehtiyacına aiddir. Bədən nə istədiyini bilir. Məsələn:Siz susuzlayanda dərhal mətbəxə keçib su içirsiniz və susuzluğunuzu keçirəcəksiz bu açıq ehtiyacdır. İstədiyini dərhal həyata keçirirsən və dərhal beynin sakitliyə qərq olur.

Gizli ehtiyac- sən nəsə istəyirsən,lakin nə istədiyini bilmirsən. Nə istədiyini bilmədiyiniz halda o zaman ehtiyac kanalında tıxac yaranır və elə bir tıxac yaranır ki,insanın əsas məqsədinə gedən yolda insan zaman itirir. Bunun üçün hər şeyi sonraya saxlayır, həyatını sonraya saxlayır və digər ona fayda verməyən hadisələrə, insanlara zaman ayırır və bu ayrılan zaman itkisi isə insanların aqressiv olmasına səbəb olur. Aqressivlik insanlar arasında gizli gedən müharibədən də pisdir.

Çünki bu gizli aqressiya onların əsas xoşbəxtlik hissini əlindən alır. İnsanlar adi bir həyat tərzlərindən zövq ala bilmirlər. İnsan elə bir varlıqdır ki, kainatdakı hər bir şeydən, təbiətdən,gözəlliklərdən zövq almalıdır və zövq almaq üçün ona stimul lazımdır. Stimul isə insanın öz daxilində yaranmalıdır.


Əgər daxili stimul yoxdursa insan xarici stimuldan zövq ala bilməz. İlk olaraq insan öz daxili dünyasını təmizləməli və daxilindəki enerjisi ilə tanış olub onu yenidən aktivləşdirməlidir".

Aygün M