Türkiyəli professor Mehmet Ceyhan temperatur ölçməyin faydadan çox zərərinin olduğunu açıqladı.
Medicina.az xəbər verir ki, həkim temperaturu yoxlamağın lazımsız olduğunu vurğulayıb: “Temperatur yoxlanılacaq deyə insanlar sıraya girir. Həmin anda insanlar bir-birinə yaxın məsafədə durur. Bu temperaturu ölçülərək içəri buraxmayacağınız insanın riskindən daha təhlükəlidir. Ona görə də məsləhət görmürk. Xəstəliyi keçirənlərin 10 faizindən azında temperatur olur. Temperatur varsa, bu koronovirus demək deyil. Artıq soyuq havaların təsirindən qrip kimi xəstəliklər də artıb. Ona görə də girişlərdə temperaturun yoxlanılması heç düzgün deyil”.
Həkim bunun məktəblərdə də edilməməsini məsləhət etdi.