Doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində baş vermiş ana ölümləri hadisələrinin təhlili məqsədi ilə bölgələrdə həkim-mamaginekoloqların iştirakı ilə silsilə iclaslar keçirilir.
Medicina.az xəbər verir ki,bu səpkidə silsilə toplantılar Quba, Lənkəran , Şəki, Gəncə Mərkəzi Rayon Xəstəxanaları və ətraf rayon xəstəxanalarının həkim ginekoloqları ilə birgə keçirilib.
Tədbirlərdə baş mama-ginekoloq Sevinc Məmmədova tərəfindən hər bir regionun antenatal qulluğa dair nəticələri müzakirə olunub və bu xidmətin təkmilləşdirilməsinə dair lazımi üçün tövsiyələr verilib.
Doğuşayardım komissiyasının kritik hallar üzrə sektor müdiri, professor Leyla Rzaquliyeva kritik vəziyyətdə olan hamilə və zahılara səmərəli yardımın göstərilməsi, hər bir perinatal mərkəzdə təhlil aparılmasının vacibliyi haqda məruzə ilə çıxış edib.
İclaslarda antenatal qulluğa dair mühazirələr oxunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Növbəti analoji toplantının 28.11.2018-ci il tarixdə Sabirabad MRX-da keçirilməsi nəzərdə tutulub.