Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ginekoloqlar xəstələri gizli çəkib, videoları porno saytlara satıblar- DƏHŞƏT

  • 2019.12.03 18:11
  • 17897 Baxış
Ginekoloqlar xəstələri gizli çəkib, videoları porno saytlara satıblar-   DƏHŞƏT


Odessada bir neçə xəstəxananın ginekoloqları 6 ərzində pasiyentlərinin iştirakı ilə pornoqrafik materiallar hazırlayıblar.


Medicina.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyri-qanuni hərəkətlərin üstü bir pasiyentin öz iştirakı ilə görüntüsünün porno saytların birində görməsi ilə açılıb.
Qadın polis və prokurorluğa müraciət edib. Məlum olub ki, 2018-ci ildə Odessa onkoloji dispanserində xəstənin ginekoloji UZİ müayinəsi gizli kameraya çəkilib. Bu videolar xarici pornosaytlara satılıb.

Kabinetdə aparılan yoxlama zamanı polis fleş və disklər aşkarlayıblar. Onlarda da gizli kameraya çəkilmiş videolar olub.
Onkoloji dispanserin rəhbərliyi bu cinayətdən xəbərsiz olduğunu bildirib. Bu videoları çəkən həkim isə bizim rəsmi həkimimiz deyil, sadəcə xəstəxananın icarə hissəsində kabinet kirayələyib.


Onun sözlərinə görə, qanunlar dispanserin rəhbərliyinə icarəçilərin işinə qarışmağa qadağa qoyub, ona görə o kabinetdə nə baş verdiyindən xəbər tutmaq mümkün olmayıb.