ABŞ-ın məşhur ginekoloqu Donnike Mur qadınların seksual həyatına effektiv ola biləcək tövsiyə verib.
“Medicina” xəbər verir ki, qadınlar mütəmadi olaraq alt paltarsız-tumansız gəzməyi vərdiş etməlidirlər.
Burda 2 fayda var: intim həyatı aktivləşdirmək, seksual rəngarənglik.
İntim zona digər zonalar kimi hava axınına ehtiyac duyur. Sıx alt geyimi isə bunun qarşısını alır.
Sutkada 24 saat geyimdə olmaq, tərləmə və nəmlilik dərəcəsini artırır, nəticədə həmin zonada temperatur yüksəlir, göbələk və digər infeksiyaların çoxalmasına səbəb olur.
Eləcə də alt paltarının materialından çox şey asılıdır. Laykra, krujeva, sintetika vaginanın dərisi və mikroflorasına zərərlidir.
Qadınlar alt paltarsız yatsa daha yaxşı olar.
Göbələk müalicəsi alan qadınlar da uzun müddət alt paltarda olmamalıdır.
Aygün Musayeva