Hər bir qadın ildə 2 dəfə 6 aydan bir ginekoloji müayinədən keçməlidir. Ginekoloqa getmək üçün xəstəlikləri gözləmək lazım deyil. Amma məhz bu həkimə getməzdən öncə qadınlar bəzi məsələləri bilməli və hazırlaşmalıdır.
Medicina.az xəbər verir ki, həkim ginekoloq Anna Deqteva ginekoloqa getmək üçün ən münasib vaxtı açıqlayıb.
“Əgər qadını heç bir şey narahat etmirsə, ginekoloqa menstruasiya bitdikdən 1-2 gün sonra getmək lazımdır. Əgər axıntı, qanaxma varsa, yubatmadan gedilməlidir. Sitoloji yaxma üçün analiz tsiklin istənilən günündə verilə bilər.
Yumurtalıq və süd vəzi USM-i menstruasiya bitdikdən sonrakı gün həyata keçirilməlidir.
Hormon analizləri tsiklin müxtəlif vaxtlarında verilir və onu həkim təyin etməlidir. Progesteron analizi menstruasiyaya bir həftə qalmış verilməlidir. Prolaktin isə menstruasiyanın 3-cü günü, acqarına verilir.