Koronavirus epidemiyası zamanı hamiləliyin təhlükəsiz olub-olmadığı mübahisəli mövzudur.
Medicina.az xəbər verir ki, rusiyalı həkim Vladimir Serov koronavirus riskinin əsasən yaşlı insanlarda yüksək olduğunu, buna baxmayaraq gənc qadınların da epidemiya zamanı hamilə qalmasını tövsiyə etmədiyini bildirib.
"Nəzərə almaq lazımdır ki, epidemiya zamanı qadının təmiz havada kifayət qədər vaxt sərf etmək imkanı yoxdur, onun evdən kənara çıxması təhlükəlidir və müsbət emosiyalar almaq imkanı məhduddur".
Həkimin sözlərinə görə, epidemiya artıq güclənir. Artıq bir körpə gözləyən qadınlar diqqətli olmalı, küçədən gəldikdən sonra əllərini hərtərəfli yuymalı, insanlarla daha az ünsiyyət qurmalı və ailədən kimsə xəstələnərsə özünü təcrid etməlidir.
Fevralın əvvəlində Çində həkimlər bir körpədə koronavirus aşkar etmişdilər. Uşağın anası hamiləlik zamanı virusa yoluxmuşdu. Lakin həkimlər yeni doğulmuş uşağa virusun necə yoluxduğu haqqında dəqiq fikir söyləyə bilməmişdilər.