Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansını daha çox yemək olar?Gilas ya albalı...

  • 2018.06.06 13:30
  • 18120 Baxış
Hansını daha çox yemək olar? Gilas ya albalı...
Gilas və albalı yazın ən ləzzətlə yeyilən meyvələrindəndir. Hər ikisinin sağlamlıq üçün bir çox faydaları mövcuddur.

 

Bəs hansı növdən daha çox yemək olar?

 

Hansı daha çox faydalıdır?

 

Medicina.az oxşar və fərqli yararlarını təqdim edir:


Albalının kimyəvi tərkibi gilasın tərkibi ilə müqayisədə bir qədər zəngindir.


Həm gilas, həm də albalı C vitamini ilə zəngindir ki, bu onları damarların sağlamlığı üçün çox faydalı edir.

 


Hər ikisi sinir sistemi üçün də çox faydalıdır - stresi azaldır, əhvalı yaxşılaşdırır.


Albalı və gilasın qırmızı növləri antioksidan maddələri ilə zəngindir. Bu maddələr güclü antioksidantlardır, orqanizmdə iltihabları azaldır, damarları möhkəmləndirir, görməni qoruyur, xroniki xəstəliklərin inkişafının qarşısını alır. Albalının tərkibində antioksidanlar daha çoxdur.


Həmçinin karotinlərlə zəngindirlər. Bu maddələr orqanizmdə ən vacib olan vitaminlədən birinə A vitamininə çevrilir. 


Qidalı liflər və pektinlə zəngin olduğundan gilas və albalı bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır. Bu xüsusiyyət gilasda daha güclüdür.


Həm albalı, həm də gilas qanın tərkibini yaxşılaşdırır, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır, xolesterinin səviyyəsini aşağı salır.


Bu iki giləmeyvə orqanizmin tonusunu qaldırı və bu səbəbdən zəifləmiş insanlar üçün faydalıdır.


Mədə-bağırsaq sistemi xroniki xəstəlikləri zamanı (qastrit, xora və s.) albalının istehlakı insana ziyan vura bilər. Gilasın belə əks-göstərişləri yoxdur. Lakin gilasın çoxlu miqdarda istehlakı köpə və meteorizmə səbəb ola bilər. İshala meylli olan insanlara gilasın istehlakını minimuma azaltmaq lazımdır.


Albalı ilə müqayisədə gilas bir qədər çətin həzm olunur.