Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gilas hansı xəstəliklərdə təhlükəlidir?

  • 2023.05.16 18:35
  • 3945 Baxış
Gilas hansı xəstəliklərdə təhlükəlidir?
Həzm sisteminin iltihabi xəstəlikləri olan insanlara gilas yemək olmaz. Gilas məd,-bağırsaq yara, xoralarını daha da pisləşdirir.

“Medicina” xəbər verir ki, dietoloq Nataliya Lazurenkonun sözlərinə görə, bu giləmeyvə xüsusən onikibarmaq nazik bağırsaq xəstəlikləri, həmçinin disbioz və xroniki xəstəliklərin kəskinləşməsi prosesində təhlükəlidir.


“Şəkərli diabet xəstələri gilası az miqdarda qəbul etməlidir. Onların pəhrizində giləmeyvə yalnız desert kimi olmalıdır .
Artıq çəkisi, maddələr mübadiləsi pozğunluğu olan insanlar üçün də gilas təhlükəli ola bilər.

Təbii şəkərlərlə doyma ilə yanaşı, şirin gilas liflə zəngindir. Əhəmiyyətli bir hissəni yedikdən sonra mədə-bağırsaq traktında pozğunluqları olan insanlar özlərini daha pis hiss edə bilərlər, mədə turşuluğu artır, qıcqırma başlaya, allergik reaksiyalar baş verə bilər.

Gilas karbohidratlardır. Gündüzlər qəlyanaltı və ya şam yeməyi kimi əsas yeməkdə desert kimi yeyilməlidir. Axşam 19:00-dan sonra gilas, albalı yeməyin”.

Aynurə Məmmədova