Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gigiyena qaydalarını heçə sayan Baş nazir tənqid atəşinə tutuldu - FOTO

  • 2024.03.05 17:37
  • 746 Baxış
Gigiyena qaydalarını heçə sayan Baş nazir tənqid atəşinə tutuldu -  FOTO
Danimarkanın Baş naziri Mette Frederiksenin sosial media hesabında paylaşdığı yemək resepti ölkədə müzakirələrə səbəb olub.

Medicina.az xəbər verir ki, buna Baş nazirin yeməyi hazırlayarkən çiy toyuqla soğanı eyni kəsmə taxtasında doğraması səbəb olub.

Danimarka tarixinin ən gənc Baş naziri ünvanını daşıyan Mette Frederiksen gigiyena qaydalarından birinə əməl etmədiyi üçün sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

Bəs həqiqətən də toyuğu tərəvəzlərlə eyni taxtada doğramaq təhlükəlidirmi?

Qida mühəndisi Ebru Akdağ bunun qida təhlükəsizliyi və gigiyena standartları baxımından “əsas qayda pozuntusu” olduğunu təsdiqləyib.

"Heyvan mənşəli çiy qidalarla meyvə-tərəvəz və ya digər hazır qidaların eyni kəsmə taxtasında doğranması çarpaz yoluxma riskini artıra bilər. Çarpaz yoluxma mikroorqanizmlərin bir qidadan digərinə keçməsi deməkdir. Bu isə qida zəhərlənməsinə, hətta epidemiyalara səbəb ola bilər. Çiy toyuqda salmonella və “campylobacter” kimi zərərli bakteriyalar var. Bu bakteriyalar çiy və ya az bişmiş ət istehlak etdikdə qida zəhərlənməsinə səbəb olur. Ona görə də buna qarşı görüləcək tədbirlər mətbəxdə qida təhlükəsizliyi praktikasının mühüm bir hissəsidir", - deyə Ebru Akdağ qeyd edib.


Aysel