Tikanlı gicitkan bitkisi sağlamlığımız üçün çox faydalı olan, amma ayaq altında əzilib, məhv olub gedən bitkidir.
Medicina.az xəbər verir ki, gicitkan orqanizmdə iltihabi prosesləri azaldır, oynaqlarda ağrı, şişkinlik, iltihab səbəbindən ağrıları çəkir. Gicitkan qan bərpaedici və antibakterial təsirə də malikdir.
Gicitkanda olan qarışqa turşusu oynaqlar üçün dərmandır. Oynaqlarınız üçün gicitkandan vanna, kompress, dəmləmə kimi istifadə edə bilərsiz. Artroz, artrit, revmatizm, podaqra, ostexondrozu olanlar üçün çox məsləhətlidir.
Kompress üçün:
Təzə gicitkan dəstəsini yuyun, qaynar suda yumşaldın və xırda doğrayın.Onları blenderdən də əzə bilərsiz. Kompressi tənzifə yaxıb, oynağa qoyun və plyonka ilə sarıyın. Gecədən səhərə kimi saxlaya bilərsiz.
Güclü ağrılarda vanna edə bilərsiz. Gicitkanı döyüb əzib, 5 litr qaynar suda 3 dəqiqə qaynadıb, 40 dərəcəyə qədər soyudub, xəstənin ayaqları bbu suda su tam soyuyana kimi vanna edilir.