Gicitkan yeyən zaman orqanizm xərçəng əleyhinə təsirli K vitamini alır.
“Medicina” xəbər verir ki, qastroenteroloq, hepatoloq Sergey Vyalovun sözlərinə görə, 100 qram gicitkəndə 500 mikroqrama qədər K vitamini ola bilər.
“Bu sağlamlıq üçün vacib elementdir. K vitamini qanın laxtalanması prosesinə, sümükləri gücləndirməyə, ateroskleroz və diabetlə mübarizədə kömək edir və xərçəng riskini azalda bilər.
K vitamini gündə 100 mkq-dan çox olmamaqla doğru miqdarda istehlak etmək son dərəcə vacibdir. Onun çox olması tromboza səbəb ola bilər.
K vitamini ilə yanaşı gicitkən orqanizmi dəmir, kalsium və maqneziumla təmin edir.
Bu qan damarlarına və ürəyə müsbət təsir edir, onlarda xəstəliklərin yaranma ehtimalını azaldır. Bundan əlavə, gicitkən yemək immuniteti qorumaq və orqanizmdə iltihabla mübarizə aparmaq üçün faydalıdır”.
Günay Quliyeva