Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Gəzəyən” kişilərdə xərçəng riski yüksəlir – ALİMLƏR

  • 2020.02.15 17:10
  • 4568 Baxış
“Gəzəyən” kişilərdə xərçəng riski yüksəlir –  ALİMLƏR

Çoxsaylı cinsi partnyorları olan və ömrü boyu çılğın seksual həyat yaşayan kişilərdə xərçəng olma təhlükəsi var.

Belə ki, məşuqələrin çoxluğu nəinki cinsi infeksiyaları, həmçinin kanserogen faktoru artırır.

Medicina.az xəbər verir ki, bu barədə İngiltərə alimləri BMJ Sexual & Reproductive Health dərgisində məlumat yerlöəşdirib.

Onlar İngiltərədə 6 000 nəfər kişi və qadının məlumat bazasını analiz edib. 2012-2013-cü illərdə bu adamların orta yaş həddi 63-64 idi.

İştirakçıların hər biri ömürləri boyu cəmi neçə cinsi partnyorların olması sualına cavab veriblər.
Daha sonra onların sağlamlıq, fiziki və ruhi sağlamlıqları, xəstəlikləri müqayisə edilib.

İnformasiya göstərib ki, onkoloji xəstəliklərlə kişinin ömrü boyu seksual aktivliyi, müxtəlifli və cinsi partnyorlarının sayı arasında əlaqə və təsir var.

Bu təkcə kişilərdə yox, qadınlarda da belədir.

Sorğuda iştirak edən insanlardan ömrü boyu 10-12 məşuqəsi olan kişilərdə 50-60 yaşdan sonra onkoloji xəstəlik aşkarlanması 69% yüksəkdir.

Ömrü boyu heç bir kənar cinsi partnyoru olmayan və ya cəmi 1-2 məşuqəsi olan kişilərdə isə onkoloji xəstəliklər cəmi 23% təşkil edib.

Qadınlarda isə ömrü boyu 3 cinsi partnyor dəyişmək, 63% müxtəlif xroniki xəstəlikləri artırıb, xərçəng riski isə 24%-dir.
Bu qədər kəskin fərqin günahkarı yenə də cinsi yolla keçən infeksiyalar və viruslardır.

Belə ki, alimlər çoxdan sübut edib ki, cinsi yolla keçən infeksiyalar cinsi orqanlar, sidik sistemi orqanları və qanda, eləcə də bağırsaq və dəridə müxtəlif növ xərçəng növlərini oyadır. Təbii ki, bu vəziyyət kişi hələ cavan ikən, birdən-birə baş vermir, tədricən 55-60 yaşlara doğru meydana çıxır.