Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gəzə bilməyən bacı-qardaş Mehriban Əliyevaya müraciət etdi - 8 yaşlı Zeynəbin ürəkdağlayan VİDEOSU

  • 2020.03.12 18:50
  • 8771 Baxış
Gəzə bilməyən bacı-qardaş Mehriban Əliyevaya müraciət etdi  - 8 yaşlı Zeynəbin ürəkdağlayan VİDEOSU


İmişli rayon Şahverdili kəndində yaşayan 8 yaşlı Zeynəb I Vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Bu barədə yazıçı Kəramət Böyükçöl öz feyzbuk səhifəsində məlumat və video yayıb.

Medicina.az xəbər verir ki, Zeynəbin atası Həsənov Ramin Yeniavaz.com-a bu barədə məlumat verərkən bildirib ki, Zeynəb və 12 yaşlı qardaşı Fuad iflicdir, yeriyə bilmirlər. Fuadda bu hal doğulandan belə olsa da, Zeynəb sonradan yerimə qabiliyyətini itirib. Atanın sözlərinə görə, həkim, bunun müalicəsinin mümkün olduğunu bildirib.

Qeyd edək ki, videoda azyaşlı Zeynəb Mehriban Əliyevaya müraciət edərək, qardaşının və özünün müalicəsini üzərinə götürməsini istəyir.

Həmin müraciətin görüntülərini təqdim edirik: