Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Geniş yayılan influenza: Temperaturunuz 3 gün ərzində düşməsə... - VİDEO

  • 2022.01.10 10:15
  • 1662 Baxış
Geniş yayılan influenza: Temperaturunuz 3 gün ərzində düşməsə... -  VİDEO
Azərbaycanda yayılan virusun influenza olmasını təxmin edirik. Onun bu formada yayılması onu göstərir ki, insanlarımız maska ilə davranış qaydalarını yaddan çıxarıblar. Gigiyena qaydalarına düzgün əməl edilmir deyə, bu virus həddindən artıq sürətlə yayılmaqda davam edir.

Medicina.az xəbər verir ki, bunu ARB-24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Ümid Səlimzadə deyib. O bildirib ki, bu virusa yoluxan xəstələrdə COVİD-19 testlərinin cavabı əksər hallarda neqativ olur:

“İnfluenzanın əlamətləri də koronada olduğu kimidir. Temperaturu 39-40 dərəcəyədək qalxan insanlar müşahidə edirəm”.

Ü.Səlimzadə onu da qeyd edib ki, influenzanın xəstəxana şəraitində müalicəsində antiviral dərmanlardan istifadə edilməlidir:

“Əgər antiviral dərmanlar xəstəyə kömək etmirsə, demək, ikincili olaraq bakterial mənşəli infeksiya qoşulub. Bu təsdiqlənərsə, biz antibiotiklərdən istifadə edə bilərik. Amma ev şəraitində müalicə zamanı isə gün ərzində temperatur salan dərmanların 6-8 saatdan bir olmaqla, 3-4 dəfə istifadəsi lazımdır. Əgər temperatur 3 gündən artıq düşməsə, xəstəxanaya müraciət mütləqdir”.