Cennifer Dudna və Emmanuel Şarpantye 2020-ci il üçün Kimya üzrə Nobel mükafatına layiq görülüblər.
Medicina.az TASS-a istinadən xəbər verir ki, bunu Nobel Mükafatı Komitəsinin rəsmi nümayəndəsi bildirib.
Dudna və Şarpantye “CRİSPR/Cas9” genomunun redaktəsi sistemini yaradıblar. Bu sistemə “genləri bərpa edən DNT-nin qayçısı”da deyirlər. Bunun vasitəsilə insanların və heyvanların genlərini redaktə etmək olar. Məsələn, QİÇS, diabet, leykemiya, şizofreniya zamanı yoluxmuş T-limfositləri kənarlaşdırmaq üçün istifadə edilə bilər.