Azərbaycanda ilk Genetik Laboratoriya Afgen Genetik Diaqnoz Mərkəzi 2012-ci ildən Bioloji Təbabət klinikasında fəaliyyətə başlamış, bu günə qədər insanların irsi xəstəliklərinin diaqnostikasında çox böyük işlər görmüşdür.
AFGEN Genetik Diaqnoz Mərkəzinin qurucusu, Ege Universitetinin Kök Hüceyrəsi kafedrasının qurucusu və professoru Ege Universiteti tibb fakultəsində Molekulyar Tibb Laboratoriyasının müdiri Prof.Dr.Afiq Bərdəlidir.
Mərkəzdə iki bölmə fəaliyyət göstərir: - molekulyar-genetik analizlər bölməsi - sitogenetik analizlər bölməsi
Molekulyar genetika bölümündə tək gen xəstəliklərinə və mikrodelesiya sindromlarına aid mutasiyaların aşkarlanmasında bir çox fərqli molekulyar genetik üsullardan istifadə olunur. Sitogenetik bölümdə isə xromosom analizi konvensional üsulla aparılır. AFGEN Genetik Diaqnoz Mərkəzi ölkəmizdə bu iki bölməni əhatə edən yeganə mərkəzdir
Mərkəzdə DNT sekans cihazı vasitəsilə insanın genetik kodu oxunaraq, 6000 – dən çox genetik xəstəliklərin diaqnozunu qoymaq mümkündür. Hazırda bu cihaz vasitəsilə bir sıra xəstəliklərin doğuşdan, hətta nikahdan əvvəl də diaqnozu qoyulur. AFGEN genetik laboratoriyasında Next-Gene sekans (NGS) üsulu ilə ekzom və bütöv genom analizi aparılır.
Bu analiz diaqnozu tapılmayan nadir xəstəliklərdən əziyyət çəkən xəstələrə diaqnoz qoyulmasına kömək edir. Həmçinin, bu analiz nəticəsində əldə olunan məlumata əsasən uşaqları ağır genetik xəstəlikdən əziyyət çəkən ailələr gələcəkdə sağlam övlad sahibi olmaq şansı əldə edirlər.
AFGEN Genetik Diaqnoz Mərkəzində aşağıdakı sahələrə aid xromosom, tək gen xəstəliklərinin, o cümlədən, multifaktorial və infeksion xəstəliklərin diaqnostikası müasir metodlarla aparılır:
• XROMOSOM XƏSTƏLİKLƏRİ (PRENATAL VƏ POSTNATAL DİAQNOSTİKA)
• SONSUZLUĞUN GENETİK TƏYİNİ
• GİNEKOLOJİ XƏSTƏLİKLƏR
• İNFEKSİON XƏSTƏLİKLƏR
• PEDİATRİK XƏSTƏLİKLƏR
• ENDOKRİN XƏSTƏLİKLƏR
• ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ
• HEMATOLOJİ XƏSTƏLİKLƏR
• BÖYRƏK XƏSTƏLİKLƏRİ
• NEVROLOJİ XƏSTƏLİKLƏR
• ONKOLOJİ XƏSTƏLİKLƏR
• QASTROENTEROLOJİ VƏ QARACİYƏR XƏSTƏLİKLƏRİ
• METABOLİK POZULMALARLA ƏLAQƏLİ XƏSTƏLİKLƏR
• İMMUNOPATOLOGİYALAR
• REVMATOLOJİ XƏSTƏLİKLƏR
• GÖZ XƏSTƏLİKLƏRİ
• QULAQ-BURUN-BOĞAZ XƏSTƏLİKLƏRİ
• MİTOXONDRİOPATİYALAR
• PERİODİK XƏSTƏLİKLƏR
• GENETİK SİNDROMLAR
Mərkəzdə İstanbul Universiteti və Ege Universitetindən məzun olan və ixtisaslaşan mütəxəssislər fəaliyyət göstərir.
Genetik baxımdan sağlam nəslə sahib olmaq hər dövlət üçün böyük uğurdur. Beləliklə, genetik müayinələrin əsas məqsədi ailə planlanmasına kömək edib, sağlam nəsil yetişdirməkdir. Bundan başqa, genetik müayinə ilə sadəcə genetik xəstəlikləri müəyyənləşdirmək deyil, eyni zamanda, xroniki xəstələrin həyat komfortunu təmin etmək mümkündür.
Ünvan: Bakı, 3 mkr.Pişəvari 110 (Cavadxan küç 24),Memar Əcəmi metrosunun yaxınlığında
Tel: (+99412) 430 35 17 (+9950) 265 66 00
Salam ümumumi genetik analiz neçeye yoxlanılor?
Mənim övladım serebral iflic xəsətsidir,ona genetik analiz vermək istəyirəm.qiyməti nə qədərdir
Umimi
Talasimiyaya gore genetik analizin qiymeti neceyedir?
Araliq deniz xesteliyinin deqiq diaqnoz etmek ücün genetek analiz deyibler neceyedir xahiş edirem melumat verin
Salam.Miopatoyani yoxlatdirmaq isteyirdim genetik analizin qiymetini yazardz zehmet olmasa
Salam miopatiyani yoxlatdirmaq isteyirem Genetik analiZ qiymetini yazardiz zehmet olmasa
Mikrosefali genetik analizi vermək isdirik zəhmət olmasa qiyməti deyin
Salam menim uşaqımda miopatiya var genetiq analiz vermey isdirem 6yaşı var qiymetin yazın ,.xaiş edirem
Salam. Daun sendromundan analiz verdim. 500 manat etdi
Salam. Daun sendromu ucun analiZ verdim men 500 manata yaxin xercim cixdi
Salam genetik analiz qiymetini bilmek olar?
Ümumi qan analizi neciyedir ?
Salam mənim övladımın biri daun sindromlu xesdedi genetik analiz eledrmek isdeyrem köçürməsi neqedeedi
Qiyməti?