Rusiya Federasiyasında gənələrdən insanlara keçən “Haseki” virusu aşkarlanıb.
“Medicina” xəbər verir ki, bu hal hələ 2011 – 2012 ci ildə aşkarlanmışdı.
“Vektor” Dövlət Virusologiya və Biotexnologiyalar Elmi Mərkəzinin alimləri Rusiyanın Asiya hissəsində gənə dişləməsindən keçən yeni Haseki virusunu aşkar ediblər.
Biologiya elmləri namizədi Mixail Kartaşov bildirib ki, virus əvvəllər Asiya, Avropa, Afrika və Karib hövzəsində aşkar edilmiş gənə ilə ötürülən “Bole 4” virusuna yaxındır.
Hər iki patogen flavivirus ailəsində yeni cinsin üzvləri kimi təsnif edilə bilər. Bu, əsasən buğumayaqlılar (gənə, ağcaqanad) tərəfindən ötürülən və Denge qızdırması, Qərbi Nil qızdırması, gənə ensefaliti, sarı qızdırma və digər xəstəliklər törədən viruslar ailəsidir.
Gənə dişləməsindən sonra naməlum virusa ilk yoluxma halları Vladivostokda 2011-2012-ci illərdə aşkar edilib. Xəstəlik kəskin respirator sindromlu 3-5 günlük qızdırma ilə müşayiət olunurdu.
10 ildən artıq müddətdə alimlər Haseki virusunun genetik analizini aparıb. Tədqiqat üçün Vladivostokda gənə dişləməsindən sonra xəstələrin arxiv zərdab nümunələri, eləcə də Novosibirskdə yetkin gənə və insan zərdab nümunələri seçilib.
Yeni Haseki virusu insanlara gənədən keçə bilir, həm ayrıca, həm də digər gənə infeksiyaları ilə birlikdə mövcuddur. Artıq əminliklə deyə bilərik ki, virus təkcə Rusiyanın iki bölgəsində deyil, onun yayılma coğrafiyası daha genişlənib.
Günay Quliyeva