Gənclik illərində stabil olmayan, tez-tez azalan, gec maaş alan, az gəliri olan insanlarda ürək-damar xəstəlikləri riski dəfələrlə artır. Bu da orta yaşlarda vaxtından əvvəl ölümlə nəticələnir.
Medicina.az xəbər verir ki, bu barədə Amerika Kardiologiya Assosiasiyasının elmi dərgisində yazılıb.
Müəlliflər qeyd edir ki, əhalinin iqtisadi çətinlikləri və cəmiyyətdə təbəqələşmənin son illər kəskin fərqlənməsi 80-ci illərə nisbətən artıb.
Alimlər 3937 nəfərin 1990-2005-ci illəri əhayə edən məlumatlarını toplayıblar. Araşdırmanın əvvəlində onların yaşı 23-35 arası olub.
10 il ərzində onların gəliri, maaşı, iqtisadi durumu qiymətləndirilib və bu illər ərzində xəstəlikləri, ölüm barədə göstəricilər dəyərləndirilib.
Nəticələr belə olub: aylıq gəlirdə azalmalar və stabilsizlik infarktı və insultu 2 dəfə artırıb.
Maaşların, gəlirlərin belə dayanıqsızlığı cəmiyyətin sağlamlığına ciddi təhlükədir. Xüsusən xərcləri azaltmaq üçün işçi ixtisarı, maaşlarda azalmaya doğru dəyişikliklər gənclərin sağlamlığını və həyatını yaxın 10 ildə təhlükə qarşısında qoyur.