ÜST klassifikasiyasına görə, hazırda gənclik yaş həddi 44-ə qədərdir. Ondan sonra orta yaş gəlir.
“Medicina” xəbər verir ki, Rusiyanın Federal Bioloji Agentliyinin rəhbəri Veronika Skvarçova bu yaş həddinin dəyişdiriləcəyini bildirib.
“Orta ömür müddətinin uzanması və müasir insanların fiziki olaraq 40-50 yaşda daha aktiv və gənc görünməsini nəzərə alaraq, tezliklə bu yaş 50 ola bilər.
Müasir yaş periodları tamma dəyişib. 45-50 yaşlı insanlar gəncdir.
ÜST təlimatına görə yaşlı adam 61-75 yaş arası insanlara deyilir. Bu meyar da dəyişməlidir.
Rusiyada orta ömür uzunluğu ötən 50 illə müqayisədə artaraq, 74 yaşa çatır.
Prezident Putinin dediyi kimi, hədəf yaş 2030-cu ilə 78 qoyulub. Belə olduğu halda, qanunvericilikdə gənc, gənc ailə, gənc nəsil, gənclik siyasətində dəyişikliklər edilməlidir.
Əvvəllər gənclik yaşı 15-dən 30-a qədər idi. İndi bu hədd 35-dir. Amma ÜST-ə görə 44-dür. Bütün dünyada yaş qrupları cavanlaşıb. 2030-cü ilə qədər insan ömrünün gənclik yaş mərhələsi 15-50 ola bilər”.
Aygün Musayeva