Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gəncləri də cənginə alan başgicəllənmə - 7 SƏBƏB

  • 2019.07.19 19:16
  • 25361 Baxış
Gəncləri də cənginə alan başgicəllənmə -  7 SƏBƏB
Başgicəllənmə ətrafdakıların yerində durmaması, fırlanması hissidir. İnsana elə gəlir ki, ya gözləri fırlanır, ya gördüyü hər şey, az qalır müvazinətini itirsin.

Bu sindromun yaranmasının çox səbəbləri var. Ona xarici, daxili, obyektiv, subyektiv təsirlər yarada bilər.


Medicina.az indi gəncləri də narahat edən baş hərlənməsinin ən əsas səbəblərini araşdırıb.


-Dəniz xəstəliyi


Yırğalanma hərəkətləri zamanı başgicəllənmə çox adamda var. Təyyarə, gəmi, qayıq, avtomobil və s. Hərəkət dayanan kimi başhərlənmə də kəsir. Daha çox hamilələrdə, həssas insanlarda, bir sıra dərmanları qəbul edənlərdə bu xəstəlik özünü göstərir. Belə başgicəllənmə zamanı ürəkbulanma, qusma olur, bu da orqanizmin susuzlaşmasına gətirib çıxarır.

 

Yol uzundursa, bu insan üçün təhlükəli ola bilər. Ona görə bu adamlar leə dərmanlar, vasitələr götürməlidirlər ki, yolda susuzlaşmaya imkan verilməsin.

 

-Miqren 


Güclü baş ağrısının bu növündə 30% pasiyentlər başgicəllənmə və ürəkbulanma keçirir.  Auralı miqren növündə tutmaların əvvələrində başgicəllənmə, görmənin azalması, işıqdan qorxma simptomları başlayır. Arterial təzyiq kəskin düşür. Bu da başgicəllənməni artırır və huşun itməsinə kimi səbəb olur. 


-   Ürək-damar xəstəlikləri 


Başhərlənmənin daha bir ciddi səbəbidir. Ürək çatışmazlığı, ateroskleroz, insult, qan dövranı pozulması kimi problemlərdə başgicəllənmə olur və bu siqnaldır. Aritmiya, silkələnmə, öskürək, nəfəs çatışmamazlığı da varsa, deməli, ürək təcili yoxlanmalıdır. 


-Qanda dəmir azlığı, anemiya


Dəmir defisitli anemiyada toxumalar qanla yaxşı təchiz olunmur, hipoksiya baş verir və ciddi problemlər başlayır. Xəstə halsız, əzgin olur, başı hərlənir, gözü qaralır, tənəffüsü sürətlənir- bunlar klassik simptomlardır. Mütləq qan analizi verilməlidir. 


-Şəkərin düşməsi – hipoqlikemiya


Daha çox ac qaldıqda, hər hansı dərmanın qəbulunda doza aşıldıqda, insilindən sonra şəkər xəstələrində rast gəlinir. Hipoqlikemiyada tarazlıq pozulur, baş gicəllənir, baş ağrısı, ürəkdöyünmə, diqqətin dağınıqlığı, sayıqlama, huşun itməsi xarakterikdir. 


-Xroniki stress və uzun müddətli gərginlik


Nevroz, depressiv, narahat, əsəbi insanlarda ürək zəifləyir, toxumalar qidalanmır, immun müdafiə zəifləyir. Stress hormonları damarları sıxır, təzyiqi oynadır, nəticədə başgicəllənmə baş verir. Ailədə, işdə, həyatında çətinliklər səbəbindən stres keçirən insanlarda bu hal tez-tez baş verir. Əlavə olaraq yuxu pozulması, əhvalın düşməsi, ürək ritminin pozulması, qışqırmaq kimi simptomlar da varsa, nevroloji müayinə və müalicə vacibdir.


-Daha ağır problemlər


Başgicəllənmə baş beyin, onurğa beyninin ağır patologiyaları, şişlər zamanı, ağır infeksiyalar zamanı da baş verir. Əgər bədən hərarətinin qalxması, titrəmə, qusma, görmənin ikiləşməsi, azalmayan ağrılar varsa, mütləq həkimə gedilməlidir. 


Əgər başgicəllənmə ayda, ildə bir dəfə baş veribsə və ya baş verməsinin səbəbimi bildinizsə, həkimə getməyə ehtiyac yoxdur. Yox əgər ayda bir neçə dəfə və hər gün ya səhər, ya axşam bəlli vaxtlarda və ya hər hansı qəfil hərəkət zamanı baş verirsə, bu xəstəlik siqnalıdır və araşdırılmalıdır.

İlkin olaraq terapevt, nevroloq və kardioloq müayinəsi vacibdir.