Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gənclərdə xərçəngin yaranmasının əsl səbəbi açıqlandı

  • 2023.08.01 15:31
  • 1611 Baxış
Gənclərdə xərçəngin yaranmasının    əsl səbəbi açıqlandı

Son onilliklər ərzində gənc nəsil arasında xərçəng xəstəliyinə tutulma hallarında kəskin artım müşahidə olunur.


“Medicina” xəbər verir ki, Edinburq Universitetinin professoru Devi Şridharın sözlərinə görə, dərin emal məhsulları xərçəngə səbəb ola bilər.

“Siqaret, alkoqol qəbulu, piylənmə, fiziki fəaliyyətin olmaması və qeyri-sağlam qidalanma xəstəliyin inkişafına təsir göstərir. İnsanın gənc olanda yediyi qidalar, bağırsaq mikrobiomunda dəyişikliklər və xərçəngin erkən başlaması arasındakı əlaqə sübut olunub.

Yüksək işlənmiş qidaların, xüsusilə doymuş yağ və şəkərlə zəngin qidaların qəbulunun bağırsaq mikrobiomunu daha pis dəyişdirir.

Əsas problem ondan ibarətdir ki, bir çox insanlar ucuz qiymətə və davamlılığa görə təkrar emal edilmiş məhsulları almağı seçirlər. Lakin belə qidalar böyüklərin və xüsusən də uşaqların sağlamlığına zərərlidir.

Son bir ildə ərzaq qiymətləri 19,1 faiz artdığından vəziyyət daha da pisləşəcək.

Bu o deməkdir ki, meyvə-tərəvəz, ət, balıq və süd məhsullarının nə qədər bahalaşdığını nəzərə alsaq, bir çox ailələr üçün emallı məhsullar yemək yeganə yoldur.

Gənclər arasında bu xəstəlik daha da artacaq. Təbii sağlam qidalanma olana qədər bu hal hələ uzun illər çəkə bilər”.

Aynur Məmmədova