Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gənclərdə qəfil ölüm səbəbi infarkt – Niyə baş verir?

  • 2023.07.20 16:15
  • 1293 Baxış
Gənclərdə qəfil ölüm səbəbi infarkt  – Niyə baş verir?
Gənclərdə infarkt riski siqaret və xroniki yuxu çatışmazlığı səbəbindən artır.


Valideynləri ürək xəstəliyindən əziyyət çəkən gənclər ürək əzələlərinin vəziyyətini nəzarətdə saxlamalıdırlar.

“Medicina” xəbər verir ki, kardioloq Nikol Harkinin sözlərinə görə, gənclərdə infarkt riskinə irsiyyətin ciddi təsir etməsi yüksəkdir. Araşdırmalara görə, infarkt keçirən gənclərin çox vaxt irsi ürək xəstəliklərindən əziyyət çəkdikləri məlum olub.


“Valideynlər və ya digər ailə üzvləri infarkt keçirmişlərsə, gənc yaşdan etibarən, ürək sağlamlığını mütəmadi olaraq yoxlamaq vacibdir.

Ürək problemlərinin xəbərdaredici əlamətlərindən biri də sinə ağrısıdır. Gənclərdə infarktın yaranmasına səbəb olan amillərdən biri də siqaretdir. Təcrübə göstərir ki, infarktın qurbanı olan gənc qadınların əksəriyyəti siqaret çəkirlər.


Bundan əlavə, çox miqdarda işlənmiş ət yemək və xroniki yuxu çatışmazlığı ilə infarkt riski artır.

Əsasən qadınlarda fiziki fəaliyyət zamanı diskomfort hissi, əvvəlki kimi fiziki fəaliyyəti davam etdirə bilməməsi, ürəkdə müvəqqəti kecici ağrılar təhlükəli əlamətlərdən hesab edilir.

İnfarkt çox zaman ürəkdəki ağrılarla müşayət olunmur. Bədənin yuxarı hissəsindəki ağrılar - boyun, boğaz, alt çənə, çiyin və ya qolda təzyiq hissi, nəfəs darlığı kimi əlamətlər ola bilər.

Bundan əlavə, səbəbsiz yorğunluq, zəiflik, səbəbsiz narahatlıq hissləri, soyuq tər, ürəkbulanma, həzmsizlik, ürək yanması, gəyirmə, başgicəllənmə və özünü pis hiss etmək kimi əlamətlər insan həyatı üçün çox təhlükəlidir. Zamanında həkimə müraciət etmək lazımdır”.

Günay Quluzadə