Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gəncədəki partlayışda yaralanan hərbçiylə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

  • 2018.11.20 11:37
  • 7666 Baxış
Gəncədəki partlayışda yaralanan hərbçiylə bağlı Səhiyyə Nazirliyindən  AÇIQLAMA
Bu gün Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından çıxarılan Məmmədli Orxan Oktay oğlu Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. 


Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 


Hərbçinin səhhəti ağır-stabildir. 


Qeyd edək ki, dağıntılar altından çıxarılan şəxs bundan əvvəl hərbi qulluqçu olduğu üçün hərbi hospitala yerləşdirilmişdi.

 

Onu da bildirək ki, bu gün Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb. Dağıntılar altında qalanların olduğu bildirilir.