Gəncə şəhərində qeysəriyyə əməliyyatı olan gənc qadın bir neçə gün sonra xəstəxanada ölüb.
Medicina.az report-a istinadla xəbər verir ki, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı olub.
Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.