Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gəncədə karusel qırıldı, uşaq yaralandı

  • 2022.06.21 12:42
  • 2358 Baxış
Gəncədə karusel qırıldı, uşaq yaralandı


Gəncədə bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bayraq Meydanı parkında qeydə alınıb.

Belə ki 2010-cu il təvəllüdlü N.Abbasova sözü gedən parkda quraşdırılmış karuselin qırılması nəticəsində yıxılaraq sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.