Gəncədə zəhərlənmə qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə şəhərin Samir Xəsiyev küçəsində baş verib.
1995-ci il təvəllüdlü S.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə 27 yaşlı qadın müxtəlif dərmanlar içib.
Onun hansı səbəbdən dərman içərək özünü zəhərləməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.