Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gəncədə əri tərəfindən gözü çıxarılan qadın əməliyyat olundu

  • 2022.11.12 19:34
  • 1724 Baxış
Gəncədə əri tərəfindən gözü çıxarılan qadın  əməliyyat olundu

Noyabrın 11-də Gəncə şəhərində əri tərəfindən bıçaqla gözü çıxarılan 1982-ci il təvəllüdlü H.Quliyevanın gözləri bu gün müalicə aldığı xəstəxanada amputasiya olunub.

"Medicina" xəbər verir ki,, hər iki gözünü itirən qadın ömürlük görmə qabiliyyətindən məhrum olub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törədən S.Cəlilov sonra özünü bıçaqlayaraq intihar edib.

Cütlüyün bir oğul və bir qız övladlarıı var. Hadisə baş verən zaman qız övladı evdə olub və bütün olanlar onun gözü qarşısında baş verib.

Qeyd edək ki, hadisədən sonra həmin uşaqda psixoloji problemlər yaranıb. Hazırda ana nənəsinin nəzarətindədir.